Bank Of Baku

Azərbaycan Goranboy və Bərdə rayonlarının kəndləri qazlaşdırılır

Azərbaycan Goranboy və Bərdə rayonlarının kəndləri qazlaşdırılır
# 09 may 2011 07:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Goranboy rayonunun Veysəlli və Meşəli kəndlərinin qaz təchizatı istiqamətində gördüyü işləri başa çatdırıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ötən müddət ərzində Veysəlli kəndinin qaz təchizatının bərpası məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 32000 metr olan müxtəlif diametrli polietilen, 6000 metr isə metal borularla qaz xətləri çəkilib, 480 ədəd qaz sayğacı quraşdırılıb.

Eyni zamanda rayonun Meşəli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 7,5 km müxtəlif diametrli polietilen, 2600 metr uzunluğunda isə metal borularla qaz xətti çəkilib, 100 ədəd sayğac quraşdırılıb.

Bununla, yanaşı Bərdənin Həsənqaya və Saatlı kəndləri də qazlaşdırılıb. Birpilləli sistem əsasında 313 abonenti olan Həsənqaya kəndinin qazla təmin olunması üçün 12000 metr, 133 abonenti olan Saatlı kəndinin mavi yanacaqla təmin olunması üçün isə 7239 metr polietilen boru xətti çəkib istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR