Bank Of Baku

Rövnəq Abdullayev: “Xarici layihələrdə ARDNŞ-in maliyyə vəsaitindən istifadə etmirik”

Rövnəq Abdullayev: “Xarici layihələrdə ARDNŞ-in maliyyə vəsaitindən istifadə etmirik”
# 09 may 2011 16:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. Türkiyədə ARDNŞ-in həyata keçirməyə başladığı neft-kimya zavodunun inşası layihəsini misal göstərən R. Abdullayev bildirib ki, bu layihənin maliyyələşdirilməsi üçün banklar konsorsiumundan kredit cəlb olunacaq: “Hazırda maliyyələşdirmə mexanizmi hazırlanır. Dünyanın çox böyük bankları bu layihəni maliyyələşdirir. Biz heç bir dövlətdə ARDNŞ-in maliyyə vəsaitini ortaya qoymuruq. Biz layihənin operatorluğunu həyata keçiririk. Kreditləri və faizləri qaytardıqdan sonra həmin müəssisə Dövlət Neft Şirkətinin mülkiyyəti olacaq”.

ARDNŞ-in başqa ölkələrdə də yeni müəssisələr alacağı barədə yayılan xəbərlərə toxunan R. Abdullayev kommersiya sirri olduğundan həmin layihələr barədə indidən məlumat vermək istəmədiklərini söyləyib: “Biz böyük mühəndis şirkətləri və hüquq şirkətləri ilə razılaşmışıq. Hər layihəyə baş qoşmuruq. Onlar əvvəlcə araşdırılır, təhlil olunur. Ondan sonra müvafiq qərar veririk”.

“Petkim” neft-kimya müəssisəsinin satın alınması ilə Türkiyənin neft-kimya kompleksinə daxil olduqlarını xatırladan R. Abdullayev bu ölkədə inşa olunan zavodun 2014-cü ildə fəaliyyətə başlayacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR