Bank Of Baku

Azərbaycan Neft Fondunun rəhbəri Suveren Fondların toplantısında iştirak edir

Azərbaycan Neft Fondunun rəhbəri Suveren Fondların toplantısında iştirak edir
# 11 may 2011 12:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Pekində (Çin) Suveren Fondların Beynəlxalq Forumunun üçüncü iclası işə başlayıb. «APA-Economics»in məlumatına görə, üç gün davam edəcək iclasda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir.

Qeyd edək ki, Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb. Qurumun ilk rəsmi iclası 2009-cu il oktyabrın 8-9-da Bakıda keçirilib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo Prinsipləri və Suveren Fondların fəaliyyətlərinin anlaşılmasını asanlaşdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR