Bank Of Baku

Çin dizel yanacağının ixracını dayandırıb

Çin dizel yanacağının ixracını dayandırıb
# 13 may 2011 12:22 (UTC +04:00)
Bakı - APA-Economics. Çin hökuməti daxili bazarda çatışmazlıq yaranmasının qarşısını almaq məqsədilə dizel yanacağının ixracının dayandırılması haqqında qərar qəbul edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Çinin iqtisadi planlaşdırma idarəsi funksiyasını daşıyan İnkişaf və islahatlar üzrə Milli Komissiyasının direktivində bildirilir.

Direktivdə qeyd olunur ki, yol xidmətləri, şəhər, kənd təsərrüfatı və kommunal müəssisələr müstəsna dizel yanacağı almaq hüququnu özündə saxlayır. Dizel yanacağının ixracına qadağa Honkonq və Makaonun xüsusi inzibati rayonlarına şamil olunmayacaq.

Analitiklərin fikrincə, Çində dizel yanacağına tələbatın artması elektrik enerjisinin verilməsində yaranan fasilələr zamanı dizel generatorlarından daha çox istifadə edilməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR