Bank Of Baku

Azərbaycanda sənaye istehsalı yanvar-aprel aylarında 1% azalıb

Azərbaycanda sənaye istehsalı yanvar-aprel aylarında 1% azalıb
# 13 may 2011 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla 9,8 mlrd. manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 0,9% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənaye məhsulunun 75,4%-i mədənçıxarma, 17,9%-i emal, 6,1%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

«Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7% artıb, neft-qaz sektorunda isə 3,6% azalıb. Neft-qaz sektorunda məhsul istehsalı 100% təşkil etsə idi, o zaman sənaye məhsulları istehsalı 2,2% artmış olardı», - deyə Komitədən bildirilib.

Emal bölməsində məhsul istehsalı 5,3% artıb, bölməyə daxil olan məhsullardan qida məhsulları istehsalı 8,4%, içki istehsalı 8,3%, tütün məmulatları istehsalı 1,6%, toxuculuq sənayesi məhsulları istehsalı 10,5%, geyim istehsalı 14,5%, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 34,6%, ağac emalı və ağacdan məmulatlar istehsalı 48%, kağız və karton istehsalı 39%, kimya sənayesi məhsulları istehsalı 36,8%, rezin və plastmas məmulatları istehsalı 2,5%, metallurgiya sənayesi məhsulları istehsalı 81%, elektrik avadanlıqları istehsalı 2 dəfə, maşın və avadanlıqlar istehsalı 11,9%, avtomobil və qoşquların istehsalı 67%, maşın və avadanlıqların quraşdırılması və təmiri isə 52,5% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulları istehsalı 9% artıb. Hesabat dövründə ölkədə 7 mlrd. kVt/saat və ya keçən ilki səviyyədən 6,8% çox elektrik enerjisi istehsal olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 6,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR