Bank Of Baku

Azərbaycanda neft hasilatı son bir ildə 5% azalıb

Azərbaycanda neft hasilatı son bir ildə 5% azalıb
# 13 may 2011 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda mədənçıxarma bölməsində ötən ilin analoji dövrü ilə müqayisədə məhsul istehsalı 2,9% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 15,9 mln. ton neft və 8,4 mlrd. kubmetr qaz hasil olunub. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ölkədə hasil olunan neftin həcmi 4,8% azalıb, qazın həcmi isə 42,4% artıb.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda 51 mln. ton neft və 27 mlnd. kubmetr qaz hasil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR