Bank Of Baku

Hacıqabul rayonunun 3 kəndinə ilk dəfə olaraq təbii qaz verilib

Hacıqabul rayonunun 3 kəndinə ilk dəfə olaraq təbii qaz verilib
# 13 may 2011 14:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Hacıqabul rayonunun ucqar kəndlərindən olan Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İB-nin və Hacıqabul rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Bildirilib ki, Paşalı-1, Paşalı-2 və Şorbaçı kəndlərinin birpilləli sistem əsasında qazlaşdırılması istiqamətində aparılmış tikinti işləri zamanı ümumi uzunluğu 151 300 metr olan müxtəlif diametrli polietilen borularla qaz xətləri çəkilmiş, 400 ədəd sayğac və 46 ədəd siyirtmə quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR