Bank Of Baku

Ukrayna Rusiyadan qaz idxalını azaldacaq

Ukrayna Rusiyadan qaz idxalını azaldacaq
# 14 may 2011 11:15 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna 2011-ci ilin ikinci yarısında Rusiyadan alınacaq qazın həcmini azaldacaq.

APA-Economics”in RBC-ya istinadən məlumatına görə, Ukraynanın baş naziri Nikolay Azarov bəyan edərək bildirib ki, bunun səbəbi qazın bahalaşmasıdır.

Ukrayna ilin birinci rübündə Rusiyadan 16,1 mlrd. kubmetr qaz alıb və “Qazprom”a 4,25 mlrd. dollar həcmində vəsait ödəyib. Aprel ayında 1 mlrd. dollar məbləğində 3,4 mlrd. kubmetr qaz alınıb. Mayda daha 3,17 mlrd. kubmetr qazın alınması nəzərdə tutulur. Ukrayna cari il ərzində Rusiyadan 40 mlrd. kubmetr qaz almaq niyyətindədir. Bunun 17,3 mlrd. kubmetri ilin ikinci yarısının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR