Bank Of Baku

Gələn ay Bakıda beynəlxalq neft-qaz sərgisi keçiriləcək

Gələn ay Bakıda beynəlxalq neft-qaz sərgisi keçiriləcək
# 16 may 2011 10:58 (UTC +04:00)
Sərginin təşkilatçısı «İTECA Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Caspian Oil and Gas» sərgisində dünyanın 28 ölkəsindən 300-dən yuxarı şirkətin, o cümlədən neft və qaz sənayesi sektorlarını təmsil edən bütün bölmələrin istehsal və idarə etmə, neft və neft məhsullarının nəqli üzrə rəhbər işçilərinin, ekologiya işçilərinin, eləcə də elm xadimlərinin iştirakı gözlənilir.

Sərgi sahəsinin 40%-dən çox hissəsini əsas etibarilə tədbirin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tutacaq. Sərginin sponsorları arasında ARDNŞ, “Baku White City”, “BP Azerbaijan”, “Caspian Geophysical”, “Caspian Pipe Coatings”, “Conoco Phillips”, “Cross Caspian Oil and Gas Logistics”, DEPA, “Edison”, “Fluenta”, GDF SUEZ, “Inpex Corporation”, “McDermott Caspian”, “Nobel Oil”, OMV, RWE, “Statoil”, “Salans”, TAP, “Total E&P Azerbaijan” və “Volgaburmaş” şirkətləridir.

Keçən illə müqayisədə sərgi iştirakçılarının sayı 25% artıb. Sərginin ikinci günü - iyunun 8-də “Hyatt Regency” mehmanxanasında “Caspian Oil and Gas” konfransı öz işinə başlayacaq. Konfransda Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın bu məsələdə rolu, ölkənin investisiya baxımından cəlbedici olması, habelə Azərbaycanda kəşfiyyat və hasilatın əsas inkişaf istiqamətləri kimi mövzular müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR