Bank Of Baku

Bu il “Azəri”-“Çıraq”-“Günəşli” yataqlarından gündə 785 min barel neft çıxarılıb

Bu il “Azəri”-“Çıraq”-“Günəşli” yataqlarından gündə 785 min barel neft çıxarılıb
# 17 may 2011 09:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ilk üç ayı ərzində “Əsrin müqaviləsi” çərçivəsində “Azəri”-“Çıraq”-“Günəşli” (AÇG) yataqlarından 70,74 mln. barel və ya 9,6 mln. ton neft hasil edilib.

Layihənin operatoru BP şirkətindən “APA-Economics”ə verilən məlumata görə, I rüb ərzində bu yataqlardan gündə orta hesabla 785 500 barel neft hasil edilib. Bu dövrdə gündəlik neft hasilatı «Çıraq»da 81 800 barel, «Mərkəzi Azəri»də 216 000 barel «Qərbi Azəri»də 225 300 barel, «Şərqi Azəri»də 130 700 barel, «Dərinsulu Günəşli»də 131 800 barel təşkil edib.

Hesabat dövründə layihə çərçivəsində ARDNŞ-a gündə təxminən 10,6 mln. kubmetr və ya ümumilikdə 1 mlrd. kubmetr səmt qazı təhvil verilib. Bütün il ərzində AÇG-dən ARDNŞ-a 2,3 mlrd. kubmetr səmt qazının təhvil veriləcəyi planlaşdırılır.

Birinci rüb ərzində AÇG layihəsinə 140,6 mln. dollar əməliyyat məsrəfləri və 419 mln. əsaslı məsrəflər xərclənib. Bütün il üçün AÇG əməliyyatlarına 628 mln. əməliyyat məsrəfləri və 1 mlrd. 998 mln. əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR