Bank Of Baku

Azərbaycanda neft məhsullarının istehsalı 1,8% azalıb

Azərbaycanda neft məhsullarının istehsalı 1,8% azalıb
# 17 may 2011 10:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda 2011-ci ilin yanvar-aprel ayları ərzində neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% azalıb.

Dövlət Statistika Komitəsinin “APA-Economics”ə verilən məlumata görə, avtomobil benzininin istehsalı 7,1% azalaraq 372,8 min ton, ağ neftin istehsalı 2,3% azalaraq 200,4 min ton, dizel yanacağının istehsalı 6,9% azalaraq 795,7 min ton olub, sürtkü yağlarının istehsalı 1,4 dəfə, neft bitumu 22,4% artıb.

Neft emalı müəssisələrinin anbarlarında 41,9 mln. manat həcmində və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 18,5% qədər hazır məhsul olub. Cari il mayın 1-nə əsas istehlakçılarda 260,4 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 23% az mazut yanacağı, 17,5 min ton və ya 3,6% çox avtomobil benzini, 16,4 min ton və ya 3,1% çox dizel yanacağı, 2 min ton və ya 33,3% çox maye qaz, 1,9 min ton və ya 11,8% çox sürtkü yağları, 5,4 min ton və ya 1,8% az daş kömür ehtiyatı olub.

Qeyd edək ki, ümumilikdə neft-qaz sektorunda azalma müşahidə olunub. Belə ki, yanvar-aprel ayları ərzində illik müqayisədə neft hasilatı 4,1%, qaz hasilatı isə 3,6% azalıb. Nəticədə 4 ay ərzində neft hasilatı 15,9 mln. ton, qaz hasilatı isə 8,4 mlrd. kubmetr təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR