Bank Of Baku

Çexiya prezidenti “Səngəçal” neft terminalı ilə tanış olub

Çexiya prezidenti “Səngəçal” neft terminalı ilə tanış olub
# 18 may 2011 12:22 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, terminalla tanışlıq Xəzər Enerji Mərkəzindən başlanıb. Qonaqlara terminal və mərkəz barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanın neft və qaz hasilatının tarixi barədə danışıb. Bildirilib ki, Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkədə irimiqyaslı enerji layihələri həyata keçirilib,
Bu layihələrin təməlini qoyan Heydər Əliyev Azərbaycana milyard dollarlarla xarici sərmayələrin cəlb edilməsi üçün çox iş görüb. İlkin olaraq Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə, qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradan gəlir gətirib.

Ötən il Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində “Ümid” qaz yatağının açılması ölkəyə olan diqqəti daha da artırıb. Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində və artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu var.

Qeyd olunub ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib.

Qonağa xatirə hədiyyəsi təqdim olunub.

Sonra Çexiya prezidenti və xanımı “Səngəçal” terminalının ərazisini avtobusla gəziblər.

Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR