Bank Of Baku

Gəncədə mavi yanacağın verilişində fasilələr yaranıb

Gəncədə mavi yanacağın verilişində fasilələr yaranıb
# 18 may 2011 12:56 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Dünəndən başlayaraq Gəncə şəhərinin əksər ərazilərinə mavi yanacağın verilişi dayandırılıb.
Gəncə Qaz İstismar İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, şəhər ərazisində mavi yanacağın verilişinin dayandırılması şəhərdə aparılan abadlıq işləri çərçivəsində dəmir boruların polietilen borularla əvəz olunaraq yer altından çəkilməsi ilə əlaqədardır.
Qeyd edək ki, bu proses davam etdirildiyindən, Gəncə şəhərinə mavi yanacağın verilişində bundan sonra da fasilələr yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR