Bank Of Baku

Lənkəranda 30 evə təbii qazın verilişi dayandırılıb

Lənkəranda 30 evə təbii qazın verilişi dayandırılıb
# 18 may 2011 14:32 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. İki həftədən çoxdur ki, Lənkəran şəhərinin Füzuli küçəsində 30 yaşayış evinə təbii qazın verilişi dayandırılıb.

Sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, 25 il müddətində onların evlərinə mavi yanacaq yaxınlıqdakı kərpic zavodunun qaz xəttindən nəql olunub.

Zavod özəlləşəndən sonra rəhbərlik dəfələrlə aidiyyəti orqanlara müraciət edərək, onların qaz xəttinin əhalinin qaz xəttindən ayrılmasını tələb edib. Həmin tələbə müvafiq olaraq Lənkəran Qaz İstismarı Sahəsinin fəhlələri əraziyə gələrək, xətlərin təmir edilməsini bəhanə gətirməklə əhalinin qaz xəttini ayırıblar.

Qazsız qalan sakinlər müvafiq idarələrin, o cümlədən Lənkəran Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin qəbuluna gediblər. Amma onların problemlərinin həlli üçün hələlik heç kəs bir iş görmür. Hər yerdən alınan cavab eyni məzmundadır: evlərinizə təbii qazın verilməsini istəyirsinizsə, öz hesabınıza yeni borular alıb təzə xətt çəkməlisiniz. Sakinlər isə iddia edirlər ki, kərpic zavodu tikilərkən onların da bu müəssisədə öz payları olub. Amma bu gün qaz boruları alıb yeni xətt çəkdirmək onların imkanları xaricindədir. Çünki aldıqları aylıq əmək haqları, təqaüd pulu buna imkan vermir.

Lənkəran Qaz İstismarı Sahəsindən APA-ya bildiriblər ki, Füzuli küçəsinin sakinləri öz xərcləri hesabına yeni boru xətti almalıdırlar. Əks təqdirdə, sözügedən ərazi üçün yeni layihə-smeta sənədləri hazırlanmalı və məhz bundan sonra əhali təbii qazla təmin olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR