Bank Of Baku

“Fitch” Azərbaycan Dövlət Neft Şirkətinin reytinqini “BBB-” səviyyəsində təsdiqləyib

“Fitch” Azərbaycan Dövlət Neft Şirkətinin reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
# 19 may 2011 09:05 (UTC +04:00)
“Fitch Ratings”dən “APA-Economics”ə verilən məlumata görə, bu addım mayın 17-də agentlik tərəfindən Azərbaycanın suveren reytinqi üzrə qərara uyğun atılıb.

Xatırladaq ki, mayın 17-də “Fitch Ratings” agentliyi Azərbaycana 2010-cu il may ayının 20-də təyin etdiyi uzun müddətli yerli və xarici valyutada reytinqi “BBB-” investisiya səviyyəsində saxlayaraq, reytinq üzrə proqnozun “Sabit”dən “Pozitiv”ə dəyişdirilməsi barədə qərar qəbul edib.

Agentliyin məlumatında deyilir ki, ARDNŞ dövlətlə olan güclü əlaqələrindən üstünlük əldə etməkdə davam edir. Bildirilir ki, ARDNŞ dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankından dövlət zəmanəti ilə kredit alıb: “Şirkətin reytinqləri üzrə proqnozun ölkənin reytinqləri üzrə proqnozundan bir pillə aşağı olması daha məqsədəuyğundur. ARDNŞ-ın reytinqi müstəqil əsasda, yəni ölkə reytinqi ilə əlaqəsiz şəkildə “BB” səviyyədə ola bilərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR