Bank Of Baku

Dünya neft ehtiyatlarının 57%-i ərəb ölkələrindədir

Dünya neft ehtiyatlarının 57%-i ərəb ölkələrindədir
# 19 may 2011 10:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya neft ehtiyatlarının yarıdan çoxuna ərəb ölkələri nəzarət edir.

«APA-Economics»in məlumatına görə, OPEK-in hazırladığı hesabatda bildirilir ki, planetdə neft ehtiyatlarının ümumi həcmi 683 mlrd. barel təşkil edir.

Neftin 57,5%-i ərəb ölkələrinin ərazisindədir. Təkcə Səudiyyə Ərəbistanı ərazisində 265 mlrd. barel neft var. Sonrakı yerləri İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri tutur.

Bundan başqa, ərəb ölkələrində 54 trln. kubmetr qaz ehtiyat var ki, bu da dünya qaz ehtiyatlarının 30,2%-i deməkdir. Son illər Səudiyyə Ərəbistanında neft yataqlarının işlənməsinə 60 mlrd. dollar yatırılıb. BƏƏ də yeni neft yataqlarına iri vəsaitlər yatırmaq niyyətindədir. 2017-ci ilədək Yuxarı Zakum yatağına 15 mlrd. dollar qoyulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR