Bank Of Baku

Qazaxıstan böyük neft hasilatına başlayacağı vaxtı açıqlayıb

Qazaxıstan böyük neft hasilatına başlayacağı vaxtı açıqlayıb
# 19 may 2011 13:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qazaxıstanın nəhəng neft yatağı olan Kaşaqanda neft hasilatına 2012-ci ilin dekabrında və ya bundan 2-3 ay sonra başlanacaq. ««APA-Economics»in «RİA Novosti»yə istinadən xəbərinə görə, bu barədə İtaliyanın “Eni” şirkətinin icraçı direktoru Paolo Skaroni bildirib.

Qeyd edək ki, Qazaxıstanın bu məşhur neft yatağından hasilatın başlanması bir neçə dəfə təxirə salınıb. Əvvəlcə yataqda neftin 2008-ci ildən çıxarılması nəzərdə tutulsa da, sonradan bu müddət 2011-ci ilə çəkilib.

Yatağın işlənməsi ilə İtaliyanın «Eni» şirkətinin başçılıq etdiyi ilə xarici şirkətlər konsorsiumu məşğul olur. 2008-ci ildə Qazaxıstan hökuməti bu konsorsiumda payını 2 dəfə artıraraq 8%-dən 16,8%-ə çatdırıb. Nəticədə indi layihədə “Kazmunayqaz”, «Eni», «Total», «ExxonMobil» və «Shell» şirkətlərinin payı 16,8 %, «ConocoPhillips» və «Inpex»in payı isə azalaraq 8,33%-ə düşüb.

Xatırladaq ki, «Kaşaqan» yatağında neft ehtiyatlarının həcmi 10,5 mlrd. ton həcmində qiymətləndirilir. Bu, son bir neçə onillikdə dünyada kəşf olunan ən böyük yataqdır. Bir qədər əvvəl verilən məlumata görə, «Kaşaqan»in işlənməsi nəticəsində 2015-ci ildə Qazaxıstanda neft hasilatı 3 dəfə artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR