Bank Of Baku

Bakıda CAREC-in Enerji Sektorunun Koordinasiyası Komitəsinin iclası keçirilir

Bakıda CAREC-in Enerji Sektorunun Koordinasiyası Komitəsinin iclası keçirilir
# 23 may 2011 10:17 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Enerji Sektorunun Koordinasiyası Komitəsinin (ESCC) iclası işə başlayıb.

Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, ESCC elektroenerji, enerji istehsalı və tələbatı, milli və regional enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edəcək. İclasda həmçinin elektrik stansiyaların planlaşdırılması və onların fəaliyyəti kimi texniki mövzular və CAREC-ə üzv olan ölkələr arasında karbohidrogen ticarətin maliyyələşdirilməsi imkanları müzakirə olunacaq.

ESCC-nin mayın 25-də yekunlaşacaq iclasında 10 ölkənin (Əfqanıstan, Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) yüksək səviyyəli hökumət rəsmiləri iştirak edir.

ESCC-nin Bakı toplantısı haqda danışan Asiya İnkişaf Bankının (AİB) enerji məsələləri üzrə mütəxəssisi Levan Mltçedişvili bildirib ki, enerji sektorunun təhlükəsizliyi regiondakı enerji infrastrukturunun və institutlarının balanslı şəkildə inkişaf etdirilməsi vasitəsilə həyata keçirilməlidir: “Bütün fiziki və hüquqi şəxslərin zəruri həcmdə və kommersiya əsasları ilə etibarlı, maliyyə cəhətdən davamlı enerji ilə təminatı regionun enerji bazarlarının daha sıx inteqrasiyası yolu ilə olmalı, regiondakı bütün dövlətlərin maraqları nəzərə alınmalıdır”.

Azərbaycan sənaye və energetika nazirinin müavini Natiq Abbasov Azərbaycan hökumətinin CAREC-in enerji əməkdaşlığı ilə bağlı təşəbbüslərini daim dəstəklədiyini və gələcəkdə də dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, CAREC 1997-ci ildə yaradılıb və AİB, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı tərəfindən dəstəklənir. CAREC-in məqsədi Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığı sürətləndirməkdir. ESCC CAREC-in tərkibində olan qurumdur və enerji əməkdaşlığı sahəsində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR