Bank Of Baku

Azərbaycanda yeni neft emalı kompleksinin inşası ilə bağlı hazırlıqlar başa çatmaq üzrədir

Azərbaycanda yeni neft emalı kompleksinin inşası ilə bağlı hazırlıqlar başa çatmaq üzrədir
# 23 may 2011 13:03 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə ARDNŞ artıq bu işlərə başlayıb: “Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması və hesablanması gedir. Hazırlıq işlərində dünyanın böyük mühəndis şirkətləri iştirak edir. Hesab edirik ki, bu yaxınlarda layihəni ölkə rəhbərliyinə təqdim edəcəyik. Bundan sonra konkret işlərin başlanmasına start veriləcək”.

ARDNŞ prezidenti qeyd edib ki, Türkiyədə neft emalı zavodunun tikintisi ilə bağlı hazırlıq işləri də davam edir: “Artıq ilkin layihələr hazırdır, indi banklarla və tikinti şirkətləri ilə danışıqlar gedir. Yaxın vaxtlarda biz müqavilələri və layihənin maliyyələşmə işlərini başa vuracaq və fiziki işlərə başlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR