Bank Of Baku

OMV Azərbaycanda hasilatla məşğul olmaq istəyir

OMV Azərbaycanda hasilatla məşğul olmaq istəyir
# 23 may 2011 15:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Avstriyanın OMV şirkəti Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək, o cümlədən burda hasilatla məşğul olmaq istəyir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bir qədər əvvəl OMV ilə Azərbaycanın Dövlət Neft şirkəti arasında imzalanmış əməkdaşlıq haqqında niyyət protokolunda iki şirkətin müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutulur. OMV-nin Avropanın energetika bazarında böyük rolu olduğunu deyən ARDNŞ prezidenti əməkdaşlığın bir sıra sahələri əhatə edəcəyini söyləyib: «Avropa bazarlarında birgə işləmək və onların da Azərbaycanda müəyyən layihədə iştirakı nəzərdə tutulur. Amma hələlik bununla bağlı konkret bir layihə yoxdur».

Qeyd edək ki, bir qədər əvvəl Bakıda keçirilən görüşlərdə OMV nümayəndələri Azərbaycanda qaz hasilatı layihələrində iştirak etmək istəklərini bildiriblər. Öz növbəsində ARDNŞ Avropanın enerji bazarına çıxmağı planlaşdırır. R.Abdullayevin sözlərinə görə, bura Avropada yanacaqdoldurma məntəqələrinin yaradılması, neft emalı zavodlarının alınması və s. məsələlər aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR