Bank Of Baku

ARDNŞ-da «Nanotexnologiyalar» Elmi-İstehsalat Mərkəzi yaradılıb

ARDNŞ-da «Nanotexnologiyalar» Elmi-İstehsalat Mərkəzi yaradılıb
# 23 may 2011 16:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni struktur bölməsi - «Nanotexnologiyalar» Elmi-İstehsalat Mərkəzi yaradılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu mərkəz əsas etibarilə 2010-2015-ci illəri əhatə edən «NANONEFT» proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən neft-qaz hasilatının artırılması, köhnə, xüsusilə sulaşmış yataqlarda karbohidrogenlərin çıxarılması və bu istiqamətdə xərclərin azaldılmasına nail olunması istiqamətində iş aparacaq.

Mərkəzin rəhbəri vəzifəsinə əvvəllər ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin müşaviri vəzifəsində çalışmış Eldar Şahbazov təyin edilib.

Qeyd edək ki, «NANONEFT» proqramı 4 hissədən - «Nanohasilat», «Nanoqazma», «Nanoneftkimya» və «Ekonanoneft» hissələrindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR