Bank Of Baku

“ARDNŞ-nin 2025-ci ilədək Kompleks Perspektiv İnkişaf Planı”nın ilkin variantının təqdimatı keçirilib

“ARDNŞ-nin 2025-ci ilədək Kompleks Perspektiv İnkişaf Planı”nın ilkin variantının təqdimatı keçirilib
# 24 may 2011 12:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə “ARDNŞ-nin 2025-ci ilədək Kompleks Perspektiv İnkişaf Planı”nın ilkin variantının təqdimatı keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda ARDNŞ-nin Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Kompleks Perspektiv İnkişaf Planının ilkin variantını müşavirə iştirakçılarına təqdim edib.

Aparılan müzakirələrdə təqdim olunan sənədin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, fikir və təkliflər bildirilib. ARDNŞ prezidenti R.Abdullayev yığıncağa yekun vuraraq “ARDNŞ-nin 2025-ci ilədək Kompleks Perspektiv İnkişaf Planı”nın yığıncaqda səslənmiş fikir və təkliflər nəzərə alınmaqla daha da təkmilləşdirilməsini və müzakirəyə çıxarılmasını tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR