Bank Of Baku

Buxarestdə AGRI layihəsi iştirakçılarının növbəti toplantısı keçiriləcək

Buxarestdə AGRI layihəsi iştirakçılarının növbəti toplantısı keçiriləcək
# 25 may 2011 09:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 26-27-də Buxarestdə (Rumıniya) AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin iştirakçısı olan ölkələr – Rumıniya, Azərbaycan, Macarıstan və Gürcüstanın iqtisadiyyat və enerji nazirləri arasında görüşün keçirilməsi planlaşdırılır. Buna paralel layihənin icrası məqsədilə yaradılmış «AGRI LNG» şirkəti İdarə Heyətinin növbəti toplantısının keçirilməsi nəzərdə tutulub. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Görüşdə AGRI layihəsinə maraq göstərən şirkət və təşkilatların təqdimatları dinləniləcək, habelə «AGRI LNG» şirkətinin 2011-2012-ci illər üçün fəaliyyət proqramı və büdcəsinin razılaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Tədbirdə Azərbaycanı sənaye və energetika naziri Natiq Əliyev və ARDNŞ-ın vitse-prezidentinin müavini, «AGRI LNG»-nin İdarə Heyətinin üzvü Vitaliy Bəylərbəyov təmsil edəcəklər.

Xatırladaq ki, 2010-cu ilin sentyabrın 14-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıb. Layihə Azərbaycan qazının Gürcüstana nəqlini, orada onun xüsusi terminalda sıxılmasını və Rumıniyanın Konstansa limanındakı terminala tankerlərlə daşınmasını nəzərdə tutur. Buradan isə qaz artıq mövcud olan infrastruktur vasitəsi ilə digər Avropa ölkələrinə nəql ediləcək. İlkin hesablamalara görə, AGRI layihəsinin icrasına 1,2-4,5 mlrd. avro tələb olunacaq. Vəsaitin dəqiq həcmi isə tikiləcək terminalların illik gücündən (2-8 mlrd. kubmetr) asılı olacaq. Layihənin təxminən 2 il ərzində reallaşması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR