Bank Of Baku

Çelyabinsk Boru Emalı Zavodu Azərbaycandakı boru kəmərləri layihələrində iştirak etmək istəyir

Çelyabinsk Boru Emalı Zavodu Azərbaycandakı boru kəmərləri layihələrində iştirak etmək istəyir
# 26 may 2011 10:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Çelyabinsk Boru Emalı Zavodu Azərbaycandakı boru kəmərləri layihələrində iştirak etmək niyyətindədir. “APA-Economics”in xəbərinə görə, bu barədə zavodun boru nəqliyyatı departamentinin direktoru Maksim Blinovski bildirib.

Onun sözlərinə görə, zavod Azərbaycanın “Şahdəniz-2” layihəsində və digər neft kəmərləri layihələrində iştirak etmək niyyətindədir: “Zavodun Azərbaycandakı şirkətlərlə əməkdaşlıq çərçivəsində gedən boru kəmərlərinin rekonstruksiyası və yeniləri ilə əvəzlənməsi işlərində aktiv iştirak etmək planı var”.

M.Blinovski qeyd edib ki, Azərbaycandan Rusiya istiqamətində iki boru kəmərinin tikintisi nəzərdə tutulub. Burada istifadə olunan boruların diametri 720 mm, uzunluğu paralel olaraq 200 km, ümumi çəkisi 35-40 min ton, ümumi məbləği isə 100 mln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR