Bank Of Baku

Rövnəq Abdullayev: «Azərbaycan Dövlət Neft Şirkəti beynəlxaq kontraktlardakı iştirak payını artırmağa çalışacaq»

Rövnəq Abdullayev: «Azərbaycan Dövlət Neft Şirkəti beynəlxaq kontraktlardakı iştirak payını artırmağa çalışacaq»
# 26 may 2011 11:21 (UTC +04:00)
«APA-Econmics»in məlumatına görə, bunu ARDNŞ-in prezident Rövnəq Abdullayev bildirib: «Bundan sonra da kim payını satısa çıxararsa, alacağıq».

R.Abdullayev hazırda ARDNŞ-in «Devon Energy» şirkətinin Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsindəki payının alması ilə bağlı işlərin yekunlaşma mərhələsində olduğunu bildirib. «Biz bununla bağlı işləyirik. Bildiyiniz kimi, ARDNŞ «Əsrin Kontraktı»nda «Devon» şirkətinin payını alıb. Biz 1,6%-ə yaxın pay alırıq və hazırda bununla bağlı prosedurlar başa çatmaq üzrədir. Bunu BP-dən xahiş edib aldıq, yəni «Devon»un iştirak payından BP-yə düşən hissənin yarısını aldıq», - deyə ARDNŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon Energy» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR