Bank Of Baku

Rövnəq Abdullayev: «Azərbaycanın qaz ixracı marşrutu ilə bağlı seçimi təklif olunan nəqletmə tariflərindən asılı olacaq»

Rövnəq Abdullayev: «Azərbaycanın qaz ixracı marşrutu ilə bağlı seçimi təklif olunan nəqletmə tariflərindən asılı olacaq»
# 26 may 2011 12:06 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, qaz biznesində əsas məsələ daşınma tarifi ilə bağlıdır: “Bu məsələ həll olunandan sonra biz artıq öz işimizi alıcılarla da konkretləşdirəcəyik. Tarif məsələsi həll olunmadığı üçün danışıqları sona çatdıra bilmirik”.

R.Abdullayev qeyd edib ki, ARDNŞ hansı istiqaməti seçmək barədə qərar qəbul etmək üçün “Nabucco” və digər layihələrin iştirakçıları ilə tariflərə dair danışıqlar aparır: “Biz çalışırıq ki, artıq oktyabrın 1-nə tarifləri müəyyənləşdirək və seçimimizi edək”.

Xatırladaq ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avroraya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pireline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Layihənin ümumi dəyəri 7,9 mlrd. avro təşkil edir. Lakin hazırda bu rəqəm layihə heyəti tərəfindən dəqiqləşdirilir.

İtaliya bəstəkarı Cüzerre Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR