Bank Of Baku

Kulevi limanının dərinləşdirilməsinə başlanılıb

Kulevi limanının dərinləşdirilməsinə başlanılıb
# 27 may 2011 07:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövldət Neft Şirkətinə (ARDNŞ) məxsus olan Gürcüstandakı Kulevi limanında dərinlik artıma işləri başa çatıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Kulevi limanının akvatoriyasında suyun təbii dərinliyi 3-3,5 metr, eni isə 70-80 metr idi ki, bu da limana müasir tipli iri tankerləri qəbul etməyə imkan vermirdi.

Limanda 3 yanalma körpüsündən ikisi tankerlərin, biri isə yardımçı gəmilərin dayanması üçün istifadə olunur. Körpülərdən biri 105 min tonadək dedveytli tankerləri qəbul edə bilir, ikinci körpü isə bu yaxınlaradək yalnız 10 min tonluq yük götürən tankerlər qəbul edə bilirdi. Burada aparılan dərinlikartırma işləri nəticəsində artıq körpüdə 40 min tonluq tankerləri də qəbul etmək mümkündür. Artıq mayın 23-də 40 min tonluq ilk tanker yanalma körpüsündə qəbul edilərək yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR