Bank Of Baku

Azərbaycanda kiçik biznesə qaz sayğacları pulsuz veriləcək

Azərbaycanda kiçik biznesə qaz sayğacları pulsuz veriləcək
# 27 may 2011 11:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyinin qaz təsərrüfatının istismarı şöbəsinin rəisi Vaqif Namazov bildirib.

Onun sözlərinə görə, qaydalara əsasən, əhali üçün qaz sayğacları pulsuz quraşdırılır. Yəni, mənzillərdə 6 kubmetrədək sayğaclar «Azəriqaz» İB tərəfindən pulsuz quraşdırılır və dəyişdirilir.

Sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün 6 kubmetrədək sayğacların quraşdırılmasına gəldikdə, bu məsələ hələlik araşdırılır: «Məsələn çörək sexləri, fərdi yeməkxanalar və s. kiçik obyektlərdə sayğacların «Azəriqaz» tərəfindən quraşdırılması gündəliklədir. Dövlət Neft Şirkətinin rəhbərliyi buna baxır və məsələ həllini tapacaq».

Qeyd edək ki, indi belə obyektlərə qaz sayğacları sahibkarların vəsaiti hesabına quraşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR