Bank Of Baku

Azərbaycanda qeyri-standart qaz cihazları istifadə olunan evlərə qaz verilməyəcək

Azərbaycanda qeyri-standart qaz cihazları istifadə olunan evlərə qaz verilməyəcək
# 27 may 2011 11:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qeyri-standart qaz cihazları istifadə olunan evlərə qazın verilməsi dayandırılacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə ARDNŞ-nin «Azəriqaz» İB-nin Qaz təsərrüfatının istismarı şöbəsini rəisi Vaqif Namazov bildirib.

Onun sözlərinə görə, bu məsələ bir qədər əvvəl Nazirlər Kabinetinin təsdiqlədiyi “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulur: “Qeyri-standart cihazların istifadə olunduğu evlərə qaz verilişi mütləq dayandırılmalıdır».

Şöbə rəisinin sözlərinə görə, vətəndaşlar qaz cihazlarının standartlara uyğun olub-olmadığını bilmək üçün cihazların satış nöqtələrindən standarta uyğunluq barədə sertifikat tələb etməlidir: «Əvvəla, mütləq sertifikatı olan cihazlar alınmalı, digər tərəfdənsə bu cihazlar quraşdırılanda vətəndaşlar mütləq yerli qaz istismar sahələrinə müraciət etməlidir ki, onlar da sertifikatın olmasına əmin olsunlar».

Vaqif Namazov bildirib ki, «Azəriqaz» İB ölkəyə standartlara uyğun olmayan qaz cihazlarının gətirilməməsi üçün Dövlət Gömrük Komitəsi ilə də əməkdaşlıq edir: «Biz bununla bağlı Gömrük Komitəsinə və Nazirlər Kabinetinə məktublar göndərmişik ki, ölkə ərazisinə daxil olan bütün qaz cihazları dövlət yoxlamasından keçirilsin və reyestr şəklində bizə təqdim edilsin».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR