Bank Of Baku

Bu ilin noyabr ayında Polşada növbəti Energetika Forumu keçiriləcək

Bu ilin noyabr ayında Polşada növbəti Energetika Forumu keçiriləcək
# 27 may 2011 11:54 (UTC +04:00)
Varşava. Nicat Mustafayev - APA-Economics. Bu ilin noyabr ayında Şərqi Araşdırmalar İnstitutunun (Institute for Eastern Studies) təşkilatçılığı ilə Sopot şəhərində (Polşa) növbəti Energetika Forumu (Energy Forum) keçiriləcək. Bu barədə “APA-Economics”ə Şərqi Araşdırmalar İnstitutunun nümayəndəsi, forumun koordinatoru Miroslav Skulka məlumat verib.

Onun sözlərinə görə, hər ilin payız aylarında keçirilən Forumda bir çox ölkələrə dəvət göndərilir və əksər ölkələrin nümayəndələri sözügedən tədbirə qatılır: “Forumda Avropa iqtisadiyyatı, “Nabucco”, “Şimal axını” kimi layihələr, o cümlədən layihələrin siyasi tərəfləri müzakirə olunacaq”.

Qeyd edək ki, sonuncu dəfə Energetika Forumu 2010-cu ilin noyabr ayında Polşanın Krınisa şəhərində keçirilib. Tədbirdə Azərbaycanın nümayəndə heyəti də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR