Bank Of Baku

Avropa İttifaqı: 2022-ci ilədək qaz Avropa üçün əsas enerji mənbəyinə çevriləcək

Avropa İttifaqı: 2022-ci ilədək qaz Avropa üçün əsas enerji mənbəyinə çevriləcək
# 31 may 2011 07:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın 2022-ci ilədək atom enerjisindən imtinası və ölkədə fəaliyyət göstərən 17 atom elektrik stansiyasını (AES) balğanmasından sonra qaz Avropa üçün əsas enerji mənbəyinə çevriləcək. «APA-Economics»in «Reuters»ə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinger bildirib.

Onun sözlərinə görə, Avropaya qaz idxalı regionun enerji daşıyıcılarına olan tələbatın, eyni zamanda burada enerji məhsullarının istehsalının azalması fonunda çox vacibdir.

Qeyd edək ki, Almaniya hökuməti Yaponiyanın «Fukusima-1» AES-də baş vermiş fəlakətdən sonra ölkədə fəaliyyət göstərən bütün nüvə reaktorlarını 2022-ci ilədək bağlamaq, 2020-ci ilədək isə elektrik enerjisi istifadəsini 10% azaltmaq qərarına gəlib.

Xatırladaq ki, hazırda Avropanı qazla təchiz edən əsas ölkə Rusiyadır. Belə ki, Rusiya bu regionun mavi yanacağa olan tələbatının 60%-ni təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR