Bank Of Baku

Kiyevdə ilk «SOCAR» yanacaqdoldurma məntəqəsi açılıb

Kiyevdə ilk «SOCAR» yanacaqdoldurma məntəqəsi açılıb
# 31 may 2011 07:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Ukraynanın paytaxtı Kiyev şəhərində özünün ilk yanacaqdoldurma məntəqəsini (YDM) açıb. Bu, Ukraynada SOCAR brendi altında fəaliyyət göstərəcək artıq 10-cu YDM-dir. Yanacaqdoldurma məntəqələrini ARDNŞ-in Ukraynadakı törəmə müəssisəsi olan «SOCAR Energy Ukraine» idarə edir.

«APA-Economics»in «uaenergy.com.ua» saytına istinadən verdiyi məlumata görə, YDM-də Nano 98, Nano 95, Nano DT, eləcə də ənənəvi A-95 və A-92 markalı benzinlər satılır. Bundan başqa, məntəqədə avtoyuma, mini-market və «sCafe» kafe fəaliyyət göstərir. Açılış mərasimində iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, bu ilin sonuna kimi, şirkət özünün Ukraynadakı YDM-lərinin sayını 40-a çatdırmaq niyyətindədir.

Qeyd edək ki, «SOCAR Energy Ukraine» şirkəti 2009-cu ildə Odessa və Nikolayevsk vilayətlərində 20-dək YDM alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR