Bank Of Baku

“Azəriqaz” mənzillərdə reydlərə hazırlaşır

“Azəriqaz” mənzillərdə reydlərə hazırlaşır
# 31 may 2011 08:57 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azəriqaz» İB-nin Qaz Təsərrüfatının İstismarı şöbəsinin rəisi Vaqif Namazov məlumat verib.

Onun sözlərinə görə, məqsəd qaz qurğuları və sisteminin vəziyyətinin Nazirlər Kabinetinin təsdiqlədiyi “Qazdan istifadə Qaydaları”na uyğunluğunu dəqiqləşdirməkdir.

Qeyd edək ki, həmin qaydalara görə, standartlara uyğun olmayan qaz cihazlarından istifadə olunan evlərə qaz verilməsi dayandırılacaq. Bundan başqa, nəfəsliklər, jalüzlü barmaqlıqlar, havadəyişmə xətlərinin barmaqlıqları bağlı saxlandıqda, tüstü bacalarında və havadəyişmə xətlərində havanın sovrulması baş vermədikdə, vanna otaqlarının qapıları altında dəliklər olmadıqda, həmin otaqlarda qaz qurğularından istifadə etmək qadağandır.

Şöbə rəisi bu məsələlərlə bağlı ciddi tədbirlərin görüləcəyini bildirib: «Əgər bu deyilənlər yerinə yetirilməyibsə, ixtiyarımız var ki, həmin mənzillərə verilən qazı dayandıraq və dayandıracağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR