Bank Of Baku

Azərbaycanda işıq pulunun yığım səviyyəsi 85%-ə çatıb

Azərbaycanda işıq pulunun yığım səviyyəsi 85%-ə çatıb
# 31 may 2011 09:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin aprel ayında «Azərenerji» ASC üzrə 555,6 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib. Bu dövrdə ümumi ödəniş isə 85% və ya ötən ilin apreli ilə müqayisədə 5 faiz bəndi artıq olub.

«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə əhali istehlakçı qrupu üzrə istehlak 185,6 mln. kVt/saata yaxın olub ki, bu da ötən ilin aprelinə nisbətən 5,8% azdır. Bununla yanaşı, əhali istehlakçı qrupu üzrə ödənişin həcmi ötən ilin apreli ilə müqayisədə 2 faiz bəndi artaraq 85%-i keçib.

Apreldə 78 elektrik şəbəkəsində ödənişin həcmi ötən ayların debitor borcu nəzərə alınmaqla 100%-dən çox, digər 7 şəbəkədə isə 95%-dən yuxarı olub. Ümumiyyətlə, ən yüksək göstərici «Mingəçevir» EŞ-də (110,5%), ən aşağı isə «Sabirabad» EŞ-də (53,8%) qeydə alınıb.

Ümumilikdə, ilin ilk 4 ayı ərzində müəssisə üzrə ümumilikdə 2 333,3 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib, bu dövrdə ümumi ödəniş 79%-ə yaxın olub. İlk 4 ayda əhali 860,6 mln. kVt/saatdan artıq enerji istehlak edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 45 min kVt/saat azdır. Ödəniş isə əksinə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz bəndi artaraq 82%-ə yaxın olub. İlk 4 ayın yekununa görə, ən yüksək ödəniş «Şirvan» EŞ-də (102%), ən aşağı isə «Sabirabad» EŞ-də (44,3%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR