Bank Of Baku

Avropa Komissiyası Azərbaycan təbii qazının Avropaya nəqli üçün bütün mümkün variantları nəzərdən keçirəcək

Avropa Komissiyası Azərbaycan təbii  qazının Avropaya nəqli üçün bütün mümkün variantları nəzərdən keçirəcək
# 31 may 2011 09:39 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. “Avropa Komissiyası 2011-ci ildə Azərbaycan təbii qazının Avropaya nəqli üçün bütün mümkün variantları nəzərdən keçirəcək”. Bunu Avropa İttifaqının Baş Enerji İdarəsinin əlaqələndiricisi Brendan Devlin deyib. O bildirib ki, bunda məqsəd regiondakı strateji ölkə kimi Azərbaycanın maraqlarını təmin etmək və tələb olunduğu təqdirdə “Nabucco” layihəsinin marşrut seçimini daha çoxşaxəli etməkdir: “2011-ci ildə biz bu istiqamətdə öz səylərimizi davam etdirib Azərbaycanın strateji müstəqilliyini təmin emtək üçün tranzit ölkələr və Qara dəniz vasitəsilə qaz nəqli imkanlarını götür-qoy edəcəyik”.

B. Devlin Azərbaycanın Avropa qitəsinin qaz bazarındakı roluna da toxunub: “Aydındır ki, Azərbaycan “Şahdəniz-2” layihəsindən savayı da qaz biznesi sahəsində öz mövqelərini möhkəmləndirmək, daha çox ixrac xətti və sərmayəçi görmək niyyətindədir”. O, Azərbaycanın maraqlarına cavab vermək üçün “Nabucco” layihəsinin yenidən nəzərdən keçirilməsinin mümkünlüyünü də istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR