Bank Of Baku

İranda neft hasilatı kəskin azala bilər

İranda neft hasilatı kəskin azala bilər
# 31 may 2011 09:42 (UTC +04:00)
APA-Economics”in İRNA-ya istinadən xəbərinə görə, İran Milli Neft Şirkətinin 2015-ci ilədək olan dövrü nəzərdə tutan 5-ci inkişaf planında nəzərdə tutulan sözügedən kapital qoyuluşu baş tutmasa, gündəlik neft hasilatı 3,7 mln. bareldən 2,7 mln. barelə düşə bilər.

Onun sözlərinə görə, zəruri kapital qoyuluşu həyata keçirilərsə, İranda enerji resurslarının gündəlik hasilat potensialı 4,7 mln. barel neft və 1,47 mlrd. kubmetr qaz (hazırda 600 mln. kubmetrdir) təşkil edəcək.

Möhsün Xocastemehr qeyd edib ki, investisiya planı qaz layihələrinin inkişafına 75 mlrd. dollar, neft yataqlarının işlənməsinə 34 mlrd. dollar, istehsal gücünü təmin etməyə 32 mlrd. dollar sərmayə qoyulmasını nəzərdə tutur: “İranın nüvə proqramı ilə əlaqədar böyük dövlətlərin tətbiq etdiyi sərt maliyyə və iqtisadi sanksiyalara baxmayaraq, sözügedən məbləğin 60 mlrd. dollarını xarici investorlar, 50 mlrd. dollarını İranın Neft Nazirliyi, 40 mlrd. dollarını isə İran bankları təqdim edə bilər”.

Qeyd edək ki, son bir ildə İranda 6 yeni neft-qaz yatağı aşkarlanıb. Rəsmi məlumatlara görə, İran 155 mlrd. barel neft və 33,1 trln. kubmetr qaz ehtiyatlarına malikdir. İran dünyada 5-ci, OPEK üzrə isə Səudiyyə ərəbistanından sonra 2-ci neft istehsalçısıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR