Bank Of Baku

İran OPEK prezidentliyini itirə bilər

İran OPEK prezidentliyini itirə bilər
# 31 may 2011 10:51 (UTC +04:00)
Bakı. Əhməd Yusifzadə - APA-Economics. İran parlamentinin Energetika komissiyasının mətbuat katibi Emad Hüseyni ölkə prezidentindən yeni neft naziri təyin etməyi tələb edib.

APA-Economics”in xəbərinə görə, E.Hüseyni əks halda, İranın OPEK-dəki sədrliyini sual altına düşəcəyini bildirib.

Onun sözlərinə görə, neft naziri və ya nazirin səlahiyyətlərini icra edən şəxs OPEK-in idarəçiliyində məsuliyyət daşımalıdır: “İndiki tendensiya saxlandıqca, İran OPEK prezidentliyini itirəcək”.

E.Hüseyni İran prezidentini yeni neft nazirini və ya nazirin səlahiyyətlərini icra edən şəxsi təyin etməyə çağıraraq, Mahmud Əhmədinejadın bu təyinatı indiyə qədər həyata keçirməməsinin səbəblərini parlamentə açıqlamalı olduğunu vurğulayıb.

Qeyd edək ki, İranın neft naziri Seyid Məsud Mirkazımi də daxil olmaqla 3 nazirin istefaya göndərilməsindən sonra Mahmud Əhmədinejad neft naziri səlahiyyətlərini öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR