Bank Of Baku

BP Azərbaycan Dövlət Neft Akademiyası üçün təhsilə dəstək proqramını təqdim edib

BP Azərbaycan Dövlət Neft Akademiyası üçün təhsilə dəstək proqramını təqdim edib
# 01 iyun 2011 07:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. BP şirkəti Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) üçün nəzərdə tutulmuş illik təhsilə dəstək proqramını təqdim edib.

BP-dən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci il üçün nəzərdə tutulan proqram ADNA-nın bir qrup I və II kurs tələbəsinə xüsusi mükafatların verilməsini nəzərdə tutur.

Bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir və ADNA-da neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, energetika, istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır.

BP-nin bununla bağlı keçirdiyi tədbirdə Neft Akademiyasının 66 tələbəsinə 2011-ci ilin xüsusi mükafatları təqdim edilib. Akademiyaya qəbul zamanı ən yüksək bal toplamış 30 nəfər I kurs tələbəsi xüsusi mükafat kompyuterlər alıb. Qalan 36 nəfər II kurs tələbəsi BP-nin riyaziyyat, fizika və məntiq üzrə keçirdiyi texniki testlərin nəticələri əsasında xüsusi olaraq seçilib. Bu tələbələrə ingilis dili bilgilərini təkmilləşdirmək üçün BP-nin maliyyəsi ilə xüsusi təlim proqramında iştirak etmək imkanı verilib. Bu bilgilər onların texniki sahələrdəki yüksək biliklərini tamamlayacaq.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bildirib ki, ADNA üçün nəzərdə tutulmuş illik təhsilə dəstək proqramı şirkətin bu təhsil müəssisəsi ilə geniş əməkdaşlığının bir hissəsidir: «Proqramın məqsədi Akademiyanın ən qabaqcıl və istedadlı tələbələrindən xüsusi seçilmiş bir qrupuna onların təhsildə daha uğurlu nəticələr qazanmasında və ümumi elmi inkişafında dəstək verməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR