Bank Of Baku

Adil Qəribov: «Azərbaycanda alternativ enerji sahəsində təşkilati və realizə problemləri var»

Adil Qəribov: «Azərbaycanda alternativ enerji sahəsində təşkilati və realizə problemləri var»
# 01 iyun 2011 11:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində təşkilati və realizə problemləri mövcuddur. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən «Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin perspektivləri» Respublika Konfransında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

Onun sözlərinə görə, sözügedən sahədə elmi potensial və dövlət dəstəyi mövcud olduğu halda, təşkilati və realizə problemləri müşahidə olunur.

AMEA-nın birinci vitse-prezidenti Arif Həşimovun sözlərinə görə isə, sözügedən problemlərin aradan qaldırılması üçün AMEA və Azərbaycan Dövlət Neft Şirkəti arasında müvafiq sənəd imzalanıb: «Analoji sənədin yaxın gələcəkdə «Azərenerji» ASC ilə də imzalanması nəzərdə tutulub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR