Bank Of Baku

Azərbaycan alternativ enerji istehsalı sahəsində hibrid layihəsinin icrasına başlayır

Azərbaycan alternativ enerji istehsalı sahəsində hibrid layihəsinin icrasına başlayır
# 01 iyun 2011 11:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Dövlət Agentliyinin şöbə müdiri Nazim Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində Qobustan rayonu ərazisində günəş və külək qurğuları, o cümlədən generasiya obyektləri quraşdırılacaq: «Layihənin ümumi gücünün 5,5 MVt təşkil edəcəyi nəzərdə tutulur. Nəticədə, bir sıra obyektlər və 1600 abunəçi elektrik enerjisi ilə təmin olunacaq».

N.Məmmədov onu da bildirib ki, hazırda Sumqayıt şəhəri ərazisində günəş panelləri istehsal edəcək zavodun inşasına başlanılıb. Müəssisədə Almaniyanın keyfiyyət lisenziyası əsasında günəş panelləri istehsal olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR