Bank Of Baku

ARDNŞ yanvar-may aylarında neft məhsullarının ixracını azaldıb

ARDNŞ yanvar-may aylarında neft məhsullarının ixracını azaldıb
# 01 iyun 2011 16:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin may ayında 9 698 ton avtomobil benzini, 102 516 ton dizel yanacağı, 4 784 ton təyyarə yanacağı, 1 161 ton soba mazutu ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Ümumilikdə 2011-ci ilin yanvar-may ayları ərzində 34 946 ton avtomobil benzini, 522 382 ton dizel yanacağı, 39 042 ton təyyarə yanacağı, 3 557 ton soba mazutu ixrac edilib.

2010-cu ilin eyni dövrü ilə müqayisədə yanvar-may aylarında avtomobil benzininin ixracı 1,88 dəfə azalıb, dizel yanacağının ixracı 6,8 dəfə, təyyarə yanacağının ixracı 10,7 dəfə azalıb, soba mazutunun ixracı 2,8 dəfə artıb.

2011-ci ilin aprel ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 1042,36 dollar (ötən ilkinə nisbətən 48,4% çox), təyyarə yanacağının 1005,60 dollar (47,1% çox), dizel yanacağının 912,95 dollar (42,2% çox), 1%-li kükürdlü mazutun qiyməti isə 645,93 dollar (44,8% çox) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR