Bank Of Baku

ARDNŞ xam neftin ixracını 13,5 dəfə artırıb

ARDNŞ xam neftin ixracını 13,5 dəfə artırıb
# 01 iyun 2011 16:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin may ayında Novorossiysk limanından 209 274 ton, Supsa limanından 242 478 ton, Çeyhan limanından 1 906 393 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Ümumilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 920 131 ton, Supsa limanından 1 184 879 ton, Ceyhan limanından isə 9 746 828 ton xam neft ixrac edilib.

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir. 2010-cu ilin yanvar-may ayları ilə müqayisədə 2011-ci ildə neft ixracı 13,5 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR