Bank Of Baku

İyunun 8-də Kayseridə “Nabucco” Layihəsinin Dəstəklənməsi Sazişi imzalanacaq

İyunun 8-də Kayseridə “Nabucco” Layihəsinin Dəstəklənməsi Sazişi imzalanacaq
# 02 iyun 2011 09:03 (UTC +04:00)
APA-ın məlumatına görə, bu barədə “Nabucco” konsorsiumu açıqlama yayıb. Sazişi Avstriya, Macarıstan, Almaniya, Bolqarıstan, Rumıniya və Türkiyəni təmsil edən şirkətlər və tranzit ölkələrin hökumətləri imzalayacaq. İmzalanacaq sənəd boru kəməri layihəsinin icrası üçün milli qanunvericiliklərin uyğunlaşdırılmasını və mümkün ziddiyyətlərin aradan qaldırılmasını təmin edəcək. “Nabucco” konsorsiumunun icraçı direktoru Reynhard Mitçek qarşıdan gələn imzalanma mərasimini salamlayıb: “Layihənin Dəstəklənməsi Sazişinin imzalanması “Nabucco” layihəsinin inkişafında mühüm addımdır. Bu saziş layihənin maliyyələşdirilməsi üçün zəruri şərtdir”. İmzalanacaq sənəd hər bir hökumətin layihənin dəstəklənməsinə dair öhdəliyini təsbit edəcək.
Xatırladaq ki, hələ ötən ay Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldıza isitinadən “Nabucco”ya dair sazişin Kayseridə iyunun 6-da imzalanacağı haqda məlumat yayılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR