Bank Of Baku

Azərbaycanın sənaye sektorunda istehsalın real artım tempi son 8 il ərzində orta hesabla 14,7%-ə çatıb

Azərbaycanın sənaye sektorunda istehsalın real artım tempi son 8 il ərzində orta hesabla 14,7%-ə çatıb
# 02 iyun 2011 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən və ÜDM-də xüsusi çəkisi 50%-dən yüksək olan (2010-cu ildə 52,5%) sənaye sahəsində son 8 il ərzində davamlı inkişaf müşahidə olunub, məhsul istehsalının real artım tempi orta hesabla 14,7%-ə çatıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin hazırladığı «2003-2011-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı» hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, əgər 2003-cü ildə sənaye məhsulunun həcmi 4 963,4 mln. manat təşkil etmişdirsə, 2010-cu ildə bu göstərici 4,4 dəfə artaraq 21 852,5 mln. manata çatıb: «Neft və qaz hasilatı üzrə ölkədə qazanılmış tarixi rekord nəticələr hər il təzələnməkdədir. Belə ki, Azərbaycanda neft hasilatı tarixində ən yüksək göstərici 1941-ci ilə (23,5 mln. ton), qaz hasilatında isə 1982-ci ilə (14,9 mlrd. kubmetr) təsadüf etmişdisə, 2007-ci ildə hasil edilmiş neftin həcmi 42,6 mln. ton, təbii qazın həcmi 16,9 mlrd. kubmetr, 2008-ci ildə müvafiq olaraq 44,5 mln. ton və 23,4 mlrd. kubmetr, 2009-cu ildə 50,4 mln. ton və 23,6 mlrd. kubmetr, 2010-cu ildə bu rəqəmlər 50,8 mln. ton və 26,3 mlrd. kubmetrə çatıb».

Qeyd edək ki, hazırda Azərbaycanın sənaye sahəsində 30-dan çox dövləti təmsil edən 235 xarici investisiyalı müəssisə fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR