Bank Of Baku

Bu il Azərbaycan neftinin orta qiyməti 113 dollar olub

Bu il Azərbaycan neftinin orta qiyməti 113 dollar olub
# 02 iyun 2011 12:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi azalıb. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar İdarəsindən «APA-Economics»ə verilən məlumata görə, iyunun 1-də London birjasında keçirilən hərraclarda «Azeri Light» markalı neftin qiyməti 0,51 dollar azalaraq 120,42 dollara enib.

Amma bu azalmaya, eləcə də dövlət büdcəsində neftin nəzərdə tutulan qiymətinin artırılmasına baxmayaraq, Azərbaycan neftinin dünya bazarındakı qiyməti büdcədəki qiyməti 1,5 dəfə üstələyir. Belə ki, şirkətdən verilən məlumata görə, mayın ayında Azərbaycan neftinin orta qiyməti 118 dollar təşkil edib ki, bu da büdcədəki qiymətdən 50% yüksəkdir. Ümumilikdə, ilin əvvəlindən indiyədək neftin orta qiyməti 113 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR