Bank Of Baku

OPEK 2007-ci ildən bəri ilk dəfə olaraq neft hasilatının həcmini artıra bilər

OPEK 2007-ci ildən bəri ilk dəfə olaraq neft hasilatının həcmini artıra bilər
# 03 iyun 2011 07:45 (UTC +04:00)
Bakı - APA-Economics. Neft ixracatçısı ölkələrin təşkilatı - OPEK 2007-ci ildən bəri ilk dəfə olaraq neft hasilatının həcminin artırılması məsələsini nəzərdən keçirir. “APA-Economics”in İtaliyanın AGI agentliyinə istinadən xəbərinə görə, bu barədə təşkilatın iyunun 8-də keçiriləcək növbəti toplantısında qərar qəbul oluna bilər.

OPEK-dən bildirilib ki, hasilatın günə 1,5 mln. barel artırılması planlaşdırılır. Bu isə dünya bazarında neftin qiymətini bir qədər ucuzlaşdıra bilər.

Hasilatın artırılmasına səbəb vətəndaş müharibəsi ilə nəticələnən inqilabdan sonra Liviyanın neft ixrac etmək qabiliyyətinin aşağı düşməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR