Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Misirə maliyyə yardımı vəd edir

Beynəlxalq Valyuta Fondu Misirə maliyyə yardımı vəd edir
# 03 iyun 2011 08:27 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Misirin 2011-2012-ci il üçün dövlət büdcəsini bəyənib və ölkəyə maliyyə yardımı ayrılacağını istisna etmir.

APA-Economics”in xəbərinə görə, bu barədə BVF-nin regional direktorunun müavini Ratna Saxay açıqlama verib.

Onun sözlərinə görə, Misir iqtisadiyyatın bərpası üçün düzgün istiqamətdə hərəkət edir: “Hazırda Qahirədə BVF missiyası ilə hökumət arasında danışıqlar gedir”.

Qeyd edək ki, Misir Nazirlər Kabineti yeni büdcə layihəsini iyunun 1-də qəbul edib. Büdcə yeni iş yerlərinin yaradılmasına və aztəminatlı ailələrin sosial müdafiəsinə xərclərin artırılmasını nəzərdə tutur. Artan xərcləri maliyyələşdirmək üçün hökumət kapital artımına 10%-lik vergi tətbiq etməyi, korporasiyalar və özəl şirkətlər üçün gəlir vergisinin dərəcəsini 5 faiz bəndi artırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR