Bank Of Baku

Avstriya alimləri Cənubi Xəzər hövzəsinin geolojı quruluşunu və neft-qazlılığını öyrənir

Avstriya alimləri Cənubi Xəzər hövzəsinin geolojı quruluşunu və neft-qazlılığını öyrənir
# 03 iyun 2011 09:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Avstriyanın “OMV” Tədqiqatlar və İstehsalat Şirkəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun elmi tədqiqatları əsasında Cənubi Xəzər hövzəsinin geolojı quruluşunu və neft-qazlılığını öyrənir.

Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə iki təşkilat arasında bağlanmış birillik müqavilə artıq başa çatmaq üzrədir.
Geologiya İnstitutunun bir qrup alimi neft və qaz geologiyası və geokimyası şöbəsinin rəhbəri Əkbər Feyzullayevin başçılığı ilə “OMV”də Cənubi Xəzər hövzəsinə dair yekun məruzələrlə çıxış ediblər. Avstriya şirkətinin layihədə məqsədi adıçəkilən hövzəni öyrəndikdən sonra perspektivli strukturlardan birini seçərək orada karbohidrogen yığınlarını aşkar etmək üçün kəşfiyyat işlərinə başlamaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR