Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 29 mlrd. dollara çatıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 29 mlrd. dollara çatıb
# 03 iyun 2011 11:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri hazırda 28,8 mlrd. ABŞ dolları təşkil edir. Bunu «APA-Economics»ə açıqlamasında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə Fondun aktivləri 26,3%, ikinci rübün əvvəlinə nisbətən isə 11,6% artıb.

Ş.Mövsümovun sözlərinə görə, Fondun gəlirləri 2011-ci ilin sonunadək nəzərə tutulduğundan daha çox olacaq. Eyni zamanda, Fonddan dövlət büdcəsinə transferlər də artırılıb ki, bu da dövlət büdcəsində neftin baza qiymətinin 1 barelə görə 60 dollardan 80 dollaradək artırılması ilə bağlıdır. Transferlərin artımının həcmi 2,7 mlrd. dollar təşkil edir ki, bununla bağlı hazırda Fondun büdcəsinə müvafiq dəyişikliklər edilir. Həmin dəyişikliklər bu yaxınlarda təsdiq üçün Müşahidə Şurasına, daha sonra isə ölkə başçısına təqdim ediləcək.

Ümumilikdə, Ş.Mövsümov ARDNF-in aktivlərinin 2011-ci sonuna qədər 30 mlrd. dollara qədər artacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR