Bank Of Baku

Azərbaycan 2013-cü ildə tanker istehsalına başlayacaq

Azərbaycan 2013-cü ildə tanker istehsalına başlayacaq
# 03 iyun 2011 13:03 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bunu Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktorunun müavini Rövşən Nəcəfov bildirib.

Onun sözlərinə görə, zavod istifadəyə verildikdən sonra müəssisədə hər il 4 tanker və 4 digər növ gəmi nəqliyyatı vasitələri istehsal olunacaq: «Bu isə Azərbaycanı Xəzəryanı ölkələr sırasında gəmiqayırma sahəsində aparıcı dövlətə çevirəcək».

R.Nəcəfov qeyd edib ki, müəssisənin inşası layihəsində ARDNŞ-ın iştirak payı 65%, AİŞ - 25%, Sinqapurun «KV Enterprises B.V.» («Keppel Group») şirkətinin payı isə 10% təşkil edir.

Xatırladaq ki, Azərbaycanda gəmiqayırma zavodunun inşası və istismarı üzrə anlaşma memorandumu 2009-cu ilin noyabrında imzalanıb, 2010-cu il martın 19-da isə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. Zavod Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun şimal-şərqində inşa edilir. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 mln. ABŞ dolları təşkil edəcək. Xəzərdə ilk belə müasir zavodun tikintisi Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində (tankerlər, hərbi gəmilər, sahil təhlükəsizlik gəmiləri, bərələr və yaxtalar) xüsusi əhəmiyyətə malik olacaq. Zavod həmçinin xarici sifarişlər qəbul edəcək. Müəssisənin tikintisinin ilkin mərhələsində 1000, sonrakı mərhələlərdə isə 1700 yeni iş yerinin açılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR